Ramil Usubov Nəsimi rayonuna yeni rəis təyin etdi

Ramil Usubov Nəsimi rayonuna yeni rəis təyin etdi
Siyasət 3715
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib.Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilmişdi.Binəqədinin rəisi Namiq İsmayılov isə yaş həddinə görə təqaüdə göndərilib.Qeyd edək ki, son günlər nazir polis rəislərinin yerinin dəyişdirilməsi və onların sərəncama götürülməsi ilə bağlı intensiv əmrlər verib.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.“Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsi...

3303 Hadisə 15:44 17 yanvar 2019

Son xəbərlər