Ramil Usubov işdən çıxarılan rəis müavininə yeni vəzifə verdi
10
dek
2018
21:47
Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verib.BAKU.WS-in Unikal.org-a istinadən verdiyi məlumata görə, R.Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.Xəbəri DİN-dən təsdiqləyiblər.Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi.BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov rəis müavinlərini işdən çıxardı
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri işdən çıxarılılb."Report"un Qarabağ bürosunun xəbərinə görə, şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini poli...