Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib
Siyasət 1013
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov aprelin 27-də Göyşay şəhərində növbəti qəbul keçirib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayon polis şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 125 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.

Oxşar xəbərlər

Vilayət Eyvazov vətəndaşları qəbul edib

Vilayət Eyvazov vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində sakinlərlə...

1789 Siyasət 14:40 20 aprel 2019

Son xəbərlər