Vilayət Eyvazov vətəndaşları qəbul edib
20
apr
2019
14:40
Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində sakinlərlə qəbul keçirib.Bu barədə DİN-in mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Oxşar xəbərlər
Ramil Usubov Şirvanda vətəndaşları qəbul edib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 24-də Şirvan şəhərində növbəti qəbul keçirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-...