Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək
06
okt
2017
21:35
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüş oktyabrın 28-də, saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində təşkil olunacaq.Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da Şəki Şəhər Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağl...