Ramil Usubov daha iki rayonun polis rəisini dəyişdirdi

Ramil Usubov daha iki rayonun polis rəisini dəyişdirdi
Siyasət 4386
Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib. APA-nın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifələrinə təyin ediliblər.Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun ötən gün imzaladığı müvafiq əmrlərlə Saatlı RPŞ-nin rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin olunub.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubovdan daha bir rayona rəis TƏYİNATI

Ramil Usubovdan daha bir rayona rəis TƏYİNATI

Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.BAKU.WS report-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq...

4061 Siyasət 12:21 21 dekabr 2017

Son xəbərlər