Ramil Usubov Xoşqədəmin açdığı cinayətə görə rəisi işdən qovdu

Ramil Usubov Xoşqədəmin açdığı cinayətə görə rəisi işdən qovdu
Hadisə 21812
Daxili işlər naziri Ramil Usubovun Salyan rayonunun Polis Şöbəsinə yeni rəis təyin etməsinin səbəbi bilinib.BAKU.WS xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Daxili işlər naziri Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.Belə ki, dekabrın əvvəlində "Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra Mehparə Əliyevanın dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı.Məlum hadisədən sonra ata oğlu ilə həbs olunub.Sözügedən olay ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.Qeyd edək ki, T. İbrahimov 2015-ci ildə Suraxanıdan Salyana rəis göndərilmişdi.Xatırladaq ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov iki rayonun polis rəisini dəyişdirib

Ramil Usubov iki rayonun polis rəisini dəyişdirib

Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, daxili işlər naziri Ramil Usubovun müvafi...

5204 Siyasət 16:26 20 dekabr 2017

Son xəbərlər