Ramil Usubov 2 rayona yeni polis rəisi təyin etdi

Ramil Usubov 2 rayona yeni polis rəisi təyin etdi
Siyasət 3314
Daxili işlər orqanlarında yeni təyinatlar olub.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın 4 rayonuna yeni polis rəisləri təyin edilib - SİYAHI

Azərbaycanın 4 rayonuna yeni polis rəisləri təyin edilib - SİYAHI

Daxili işlər orqanlarında yeni təyinatlar olub.BAKU.WS-in "Report"a istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov...

2688 Siyasət 11:05 14 fevral 2019

Son xəbərlər