Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var

Qərbi Azərbaycan Xronikası: İran adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var
Video
Siyasət 16

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, buraxılışda kolleksiyaçı Yusif Bağırzadə qədim möhür və miniatürlər, Qacar saray mədəniyyətinin, eləcə də İrəvan xanlığı və Qacarların tarixi mirasının silinməz izləri, həmçinin Çar Rusiyasına qarşı modern ordu layihəsinin müəllifi Abbas Mirzənin döyüş şəmşirindən söz açıb.

O, Qacar saray mədəniyyətinin izlərinin Bakıda əks olunduğunu deyib: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var. Toplanan kolleksiyalarda nadir silahlar, sənədlər və dövlətçilik yaddaşı mövcuddur".

Onun sözlərinə görə, Rusiyadakı ermitajda saxlanılan qılınc Abbas Mirzənin döyüş şəmşiri olub.

Y.Bağırzadə Şah Abbasın fil sümüyündən olan xəncərinin sirri, tacqoyma əfsanəsi, Nəsirəddin şahın möhtəşəm qılıncı, mücrüsü, taxta oyma əsəri, qədim möhür və miniatürləri, Qızıllama, Dəməşq metalı, Zülfüqar üslubu, Yəmən əqiqi, zərgərlikdə Azərbaycan izi haqqında da danışıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Daha ətraflı Baku.tv-nin videomaterialında:

Son xəbərlər