Qarik Xarlamovun şirkətinin hesabları BLOKLANDI
Federal Vergi Xidməti komediya ustası Qarik Xarlamovun şirkətinin hesablarını bloklayıb.
Bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Söhbət “Zdraste Priexali” adlı qida çatdırılması şirkətindən gedir. Yaxın günlərdə şirkətin ləğv olunma ehtimalı var.
Məlumata görə, Xarlamov 2022-ci ilin mayında qida və içkilərin çatdırılması üçün şirkət yaradıb. Onun ögey bacısı, 24 yaşlı Alina Malaniya şirkətin rəhbəri olub. Biznesin uğurlu olmadığı ehtimal olunur. Çünki Federal Vergi Xidməti şirkətdən 2023-cü il üçün maliyyə hesabatlarını almayıb və vergi bəyannaməsinin olmaması səbəbindən hesabları bloklamaq qərarına gəlib.
Buna qədər 2023-cü ildə Xarlamovun restoran biznesində 3 milyon rubldan (54 min 600 AZN) çox itirdiyi açıqlanmışdı. Komediyaçının təsisçisi olduğu “Nevskie Melodies” şirkəti 3,2 milyon rubl (58 min 240 AZN itirib, şirkətin gəliri 29 milyon rubl (527 min 800 AZN) olub.
Oxşar xəbərlər
Erməni əsilli amerikalı biznesmenin məhkəməsi keçirilib
ABŞ-ın Yuta ştatının Federal Bölgə Məhkəməsində erməni əsilli amerikalı biznesmen Levon Termencyanın məhkəmə prosesi keçirilib. BAKU.WS xəbər verir ki, məhkəmə...