Qarabağa bahalı qızıllar göndərən Türk şirkəti (FOTOFAKT)
07
okt
2017
12:24
Türkiyənin dünyaca məşhur “Arpaş” şirkəti Qarabağa bahalı qızıl-zinət əşyaları ixrac edir.BAKU.WS-in məlumatına görə, “Arpaş” şirkətinin saytında qızıl-zinət əşyalarının ixrac edildiyi ölkələr arasında Qarabağ ayrıca dövlət kimi qeyd olunub. Maraqlısı budur ki, saytın rus və ingilis dillərindəki versiyasında Qarabağ ümumiyyətlə göstərilməyib. Bu fakt yalnız türk dili versiyasında var.Saytda həmçinin qeyd olunur ki, “Arpaş” şirkəti Azərbaycana da öz məhsullarını ixrac edir.“Arpaş” şirkəti 1982-ci ildə İstanbulda yaradılıb. Türkiyədə qızıl-zinət əşyalarını ixrac edən ilk şirkətdir. “Arpaş” 70-dən çox ölkəyə öz məhsullarını ixrac edir.BAKU.WS
Oxşar xəbərlər
SENSASİYA: Türkiyə şirkəti Ermənistana partlayıcı maddə ixrac edir?
Türkiyənin ORICA-NITRO Partlayici Mad. San. ve Tic. A.Ş. şirkəti – Avstraliyanın ORICA Mining Services törəmə şirkəti qeyri-leqal yollarla – Gürcüstan ərazisi i...