SENSASİYA: Türkiyə şirkəti Ermənistana partlayıcı maddə ixrac edir?
Türkiyənin ORICA-NITRO Partlayici Mad. San. ve Tic. A.Ş. şirkəti – Avstraliyanın ORICA Mining Services törəmə şirkəti qeyri-leqal yollarla – Gürcüstan ərazisi ilə - Ermənistana partlayıcı maddələr və detonatorlar ötürür.
BAKU.WS-in Virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu maddələrdən Ermənistan həm də işğal edilmiş Azərbaycan torpaqlarında istifadə edir. Qeyd edək ki, partlayıcı maddələr hərbi məqsədlər üçün də istifadə oluna bilər və istisna olunmur ki, Ermənistan ordusunda Türkiyə istehsalı olan partlayıcı maddələr var.
Görəsən, Türkiyə hökumətinin və müvafiq orqanlarının həmin ölkənin şirkətinin Ermənistana partlayıcı maddələr ixrac etməsindən xəbəri varmı? Axı bu birbaşa ölkə qanunvericiliyinin pozulmasıdır.
O da məlum olub ki, ORICA-NITRO Partlayici Mad. San. ve Tic. A.S. şirkəti öz məhsullarını Azərbaycana da ixrac edir. Bundan əlavə, şirkət Daşkəsəndə dəmir filizi, Gədəbəydə qızıl (ABŞ-ın AİMC Ltd. şirkətinin maraqlarını təmsil edir), ABŞ-ın "Norm” şirkətinin işlətdiyi karxanalarda əhəng hasil edir və yaxın zamanlarda Çovdar yatağında "AZERGOLD” dövlət şirkətinin podratçısı kimi qızıl hasilatına başlamağı da planlaşdırır.
Bizim qızıl yataqlarının işlənilməsində yalnız ORICA-NITRO Partlayici Mad. San. ve Tic. A.Ş. məhsulklarından istifadə olunur, podratçı isə Azərbaycanın rezidenti olan, ORICA-NITRO Partlayici Mad. San. Ve Tic. A.Ş.-nin distribütoru "AzInterPartlayış MMC” şirkətidir.
Çox qısa olsa da, şərh almaq mükün olub. Lakin "AzInterPartlayış” şirkəti "ORICA-NITRO Partlayici Mad. San. Ve Tic. A.Ş.”dən özünü ayrı tutaraq bildirir ki, bu firma ilə heç bir əlaqəsi yoxdur. Lakin bunla belə, "AzInterPartlayış” MMC-nin əməkdaşları qəribə tərzdə məlumatlılıq nümayiş etdirərək bildirirlər ki, Ermənistana partlayıcı maddə satan Türkiyə şirkəti deyil, Avstraliya şirkətidir.
"ORICA-NITRO Partlayici Mad. San. Ve Tic. A.Ş.”nin özünün ofisində isə qəti şəkildə Ermənistanla əlaqələriunin olmadığını və hərbi məqsədlər üçün istifadə edilən partlayıcı maddələr istehsal etmədiklərini bildiriblər. "Ola bilsin ki, ermənilər o məhsulları başqa ölkədən alıblar. Biz hər bir alıcını izləyə bilmərik”, - şirkətdən deyiblər.
Bir sözlə, şirkətlər yaxalarını kənara çəkirlər, bu vaxt isə partlayıcı maddələr işğalçı qonşularımıza ötürülür və bizcə, bu işlə Azərbaycanın xüsusi xidmət orqanları məşğul olmalıdırlar.
BAKU.WS
Oxşar xəbərlər
DTX də əməliyyat keçirdi - 2 nəfər məhv edildi
Dövlət Təhlükəsizliyi Xidməti bu gün əməliyyat keçirib. BAKU.WS xəbər verir ki, qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqs...