Qarabağ problemini bu iki dövlət həll edəcək: Türkiyə və Rusiya

Qarabağ problemini bu iki dövlət həll edəcək: Türkiyə və Rusiya
Siyasət 1258
 

"Ticarət, iqtisadi, hərbi səylərini birləşdirməklə Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsini, eyni zamanda kürd problemini həll etməyə qadirdirlər”.

BAKU.WS xəbər verir ki, bunu "Lider TV”yə müsahibəsində Rusiya Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski deyib.

"Əgər Türkiyə Rusiya ilə münasibətlərini inkişaf etdirərsə, bu əsrlər boyu davam edəcək. İqtisadi, ticari, sənaye baxımından əlaqələr yalnız müsbət nəticələr verə bilər, mənfi heç nə yoxdur. Biz şimaldayıq, onlar cənubda. Biz onlardan cənub ölkəsinin iqtisadiyyatının istehsal etdiyi hər şeyi almağa hazırıq, o cümlədən də çimərlikləri, dənizi, onlara isə dünyanın inkişaf etmiş 10 ölkəsindən biri olan şimal ölkəsindən nə lazımdırsa, verə bilərik.

Hazırda türklər ruslara polyaklardan, finlərdən və hətta ukraynalılardan da yaxşı münasibət bəsləyirlər. Türkiyədə anti-Rusiya aksiyaları keçirilmir. Reallıqdan çıxış edib deyə bilərik ki, Türkiyə sakinlərinin böyük əksəriyyəti Rusiyaya yaxşı münasibət bəsləyirlər. Çünki alver edirlər, turistləri qəbul edirlər, Rusiya ilə əlaqələrdən xeyir götürürlər. Suriyada müharibə, Avropa İttifaqı Türkiyənin ünvanına tənqid və təhqir yağdırır. Buna görə də, Türkiyənin Rusiya ilə münasibətləri kəskin şəkildə yaxşılaşdırmaq üçün əla imkanları var”, - siyasətçi bildirib.

"Əgər Türkiyə və Rusiya ticarət, iqtisadi, hərbi səylərini birləşdirsələr, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki. Dağlıq Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq, başqa sözlə, bütün Qafqaz və Yaxın Şərq üçün əla perspektivlər açılır”, - Jirinovski qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həllini necə gördüyü ilə bağlı suala isə RLDP sədri belə cavab verib: "Biz burda həll edə bilmərik – qoy bunu Kremldə həll etsinlər, bizim prezident həll etsin. Amma Dağlıq Qarabağ üçün elə bir xüsusi status tapçaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar”.

BAKU.WS

Son xəbərlər