Putinlə Tokayevla görüşdü, danışıqlar üç saatı keçdi

Kremldə Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putinlə Qasım-Jomart Tokayev arasında danışıqlar baş tutub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, görüş üç saat yarımdan çox davam edib.
Dövlət başçıları ikitərəfli münasibətlərinin gələcək inkişaf perspektivlərini, Avrasiya məkanında inteqrasiya əməkdaşlığını, həmçinin, aktual beynəlxalq problemləri müzakirə ediblər.
Xüsusilə, söhbətin protokol hissəsində prezidentlər yanvar ayında Qazaxıstanda baş vermiş etiraz aksiyalarını qınayıblar. Putin bildirib ki, ölkə beynəlxalq dəstələrin qurbanına çevrilib.
Qazaxıstan prezidenti bölgədəki vəziyyətdən danışaraq, ölkənin Avrasiya regionunda təhlükəsizliyin bölünməzliyi ilə bağlı Rusiyanın nöqteyi-nəzərini dəstəklədiyini, bu prinsipin 2010-cu ildə ATƏT-in Astana forumunun yekunları üzrə imzalanmış bəyannamədə qeyd edildiyini vurğulayıb.
Danışıqlar zamanı ölkələr arasında iqtisadi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi də müzakirə olunub.
Putin, həmçinin prezident Tokayevi əsas qonaqlardan biri kimi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak etməyə dəvət edib və Moskvanın EXPO 2030 Ümumdünya Universal Sərgisinə ev sahibliyi etmək təklifini dəstəklədiyinə görə ona təşəkkür edib.
Oxşar xəbərlər
Qazaxıstan Prezidenti: Nazarbayevlə aramızda heç bir sövdələşmə olmayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevlə iğtişaşlar dövründə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsinə dair...