Putin İlham Əliyevin evində çay süfrəsində (FOTO)

Putin İlham Əliyevin evində çay süfrəsində (FOTO)
Siyasət 6327

 

Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

BAKU.WS-in məlumatına görə, prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan, Rusiya və İran prezidentləri birgə bəyənnamə imzaladılar

Azərbaycan, Rusiya və İran prezidentləri birgə bəyənnamə imzaladılar

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası...

1154 Siyasət 20:55 08 avqust 2016

Son xəbərlər