Putin KTMT sülhməramlılarının Qazaxıstanda nə qədər qalacağını AÇIQLADI
“Öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisini tərk edəcək”.
BAKU.WS xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxış edib.
O əlavə edib ki, KTMT qüvvələri lazım olduğu qədər Qazaxıstanda olacaq və öz funksiyalarını yerinə yetirdikdən sonra kontingent ölkədən çıxarılacaq.
Putin həmçinin qeyd edib ki, KTMT bölmələri respublika rəhbərliyinin rəsmi müraciəti əsasında və 1992-ci il əsas Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə tam uyğun olaraq Qazaxıstandadır.
Oxşar xəbərlər
Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı bəlli oldu
Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumat yayıb. Məl...