Müttəfiqləri Ermənistanı dəstəkləmədi - KTMT İrəvana görə toplanmadı - YENİLƏNİB

Müttəfiqləri Ermənistanı dəstəkləmədi - KTMT İrəvana görə toplanmadı - YENİLƏNİB
Siyasət 3407

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın təşəbbüsü ilə keçiriləcək KTMT-nin Daimi Şurasının təcili iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun İrəvan bürosuna KTMT-nin sözçüsü Vladimir Zainetdinov bildirib.

Onun sözlərinə görə, görüş tərəflər arasında məsləhətləşmələrə görə təxirə salınıb və müzakirənin hansı formatda baş tutacağı da dəqiqləşəcək.

Zainetdinov iclasın kimin təşəbbüsü ilə təxirə salındığını söyləməkdən imtina edib.

***12:17

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan səhər saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

KTMT baş katibi Stanislav Zas Bakı və İrəvan arasında yaşanan gərginlik səbəbindən bu gün daimi şuranın təcili iclasının təşəbbüsünə başlayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Oxşar xəbərlər

Putin Qələbə Paradını təxirə saldı

Putin Qələbə Paradını təxirə saldı

Rusiyada İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı təxirə salınıb. BAKU.WS-in Rusiya KİV-lərinə istinadən verdi...

115 Siyasət 19:49 16 aprel 2020

Son xəbərlər