Pul bibər haqqında bilinməyənlər: Dəri səpgiləri, qaşınma...
Sağlam ədviyyat kimi tanınan və istehlakı tez-tez tövsiyə edilən pul bibərdən istifadə edərkən bəzi məsələlərə diqqət yetirmək lazımdır. Pul bibərin düzgün istifadə edilməməsi də müəyyən zərər verir.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Pul bibəri yeməklərə əlavə olunduqda ləzzət verməklə yanaşı, verdiyi faydalarla da sağlam həyatın qapısını açan ədviyyatlardan biridir. Bu ədviyyatın tərkibindəki təbii maddələr arıqlamağa kömək edir, eyni zamanda immuniteti gücləndirir.
Tərkibində C vitamini də olan pul bibər təbii antibiotik rolunu oynayır. Ancaq ədviyyatın faydalarından yararlanmaq üçün onu nə qədər və necə istehlak etdiyiniz də vacibdir. Pul bibərin düzgün istifadə edilməməsi sağlamlığımız üçün ciddi təhlükə yaradır.
Daha sağlam həyat üçün pul bibərin istehlak üsulunu bilmək lazımdır.
Pul bibərin yanlış istehlakı və onun verdiyi zərərlər bunlardır:
Pul bibər sağlam qida olsa da, düzgün istifadə edilmədikdə ciddi zərər verə biləcək güclü təsirlərə malikdir. Tərkibində "kapsaisin" olan qırmızı bibər lopasının gün ərzində normadan çox istehlak edilməsi "kapsaisin" maddəsinin mədə divarını deşməsinə və mədə problemlərinə səbəb olur.
Yeməklərə 1 çay qaşığı pul bibər əlavə etmək sağlam istehlak üsulu hesab olunur. Ancaq bu istehlak miqdarı normal həddi aşdıqda, yanma hissi, şişkinlik, mədə yanması və hemoroid kimi bir çox həzm sistemi problemlərinə səbəb ola bilər.
Eyni zamanda, allergik reaksiyaları olan insanlarda bu ədviyyatın həddindən artıq istehlakı dəri səpgiləri, qaşınma və qızartılara səbəb ola bilər.
Oxşar xəbərlər
Stressi azaldan qidalar - FOTO
Bəziləri stresslə mübarizə aparmağın yolunu şəkər və un məmulatlarından hazırlanan qidalarda görür. Əslində isə belə qidaların qəbulu çox vaxt şəkər xəstəliyinə...