Stressi azaldan qidalar - FOTO
Bəziləri stresslə mübarizə aparmağın yolunu şəkər və un məmulatlarından hazırlanan qidalarda görür. Əslində isə belə qidaların qəbulu çox vaxt şəkər xəstəliyinə səbəb olur. Bir çox hallarda isə orqanizmdə artıq yağlanmaya gətirib çıxarır.
BAKU.WS xarici KİV-ə istinadən həmin qidaların adlarını təqdim edir:
Balqabaq tumu
Balqabaq tumu stress zamanı kortizol səviyyəsinin qaydaya düşməsində böyük rol oynayır. Stress əlamətlərini azaldan maqnezium qaynağıdır. Sressli olduğunuz vaxtlarda bir ovuc balqabaq tumunu qidanıza əlavə edə bilərsiniz.
Yulaf əzməsi
Yulaf əzməsi serotonin səviyyəsinin artmasına kömək edərək stressi azaldır. Yulaf əzməsi süd vöə ya yoqurta əlavə edərək əyləncəli və sağlam şəkildə qidalana bilərsiniz.
Acı bibər
Acı bibər çox yaxşı C vitamini qaynağıdır. C vitamini qandakı stress hormonu olan kortizol səviyyəsini endirir və stressinizin azalmasına səbəb olur. Stressli vaxtlarınızda bunu yeyə və saladlarınıza əlavə edə bilərsiniz.
Yaşıl çay
Yaşil çayda "L-Theanine" adlı bir amin turşusu var. O dopamin hormonunun istehsalına kömək edir. Beyində stress və yorğunluğu aradan qaldırır. Ürək, təzyiq, qan-damar xəstəiklərindən əziyyət çəkməyən adamlar günə başlayarkən yaxud da gün ərzində yaşıl çay içə bilər.
Somon balığı
Somon balığı stresslə mübarizədə çox böyük rol oynayır. O, D vitamini və Omega-3-lə zəngindir. Bu qidanı həftədə iki dəfə hazırlayaraq yeyə bilərsiniz.
Acı şokolad
Acı şokolad seroton və endorfin kimi neyrotransmitterləri artırır. Stressli anlarınızda özünüzü yaxşı hiss etməyiniz üçün qəhvənin yanında kako tərkibli acı şokolad yeyə bilərsiniz.
Yaşıl mərci
Yaşıl mərci ruh halını yaxşılaşdırmağa kömək edir. Tərkibi zəngin olan yaşıl mərci salat və yeməklərinizdə istifadə edərək sresslə mübarizə apara bilöərsiniz.
Yumurta
Yumurta serotinin yaranmasına kömək edən Triptofanın əsas mənbəyidir. Eyni zamanda D vitamini, sink, maqnezium və seleniumunla zəngin olan yumurtanı yeməklə stresə qarşı mübarizə aparmaq olar.
Oxşar xəbərlər
C vitamini portağaldan daha artıq olan meyvə və tərəvəzlər - FOTO
C vitamini deyəndə ağıla ilk gələn portağal, mandarin, greyfurt və digər sitrus meyvələri gəlir. Qida mütəxəssiləri başqa meyvə və tərəvəzlərdə də C vitamini ol...