Prezidenti jurnalistlər üçün yaşayış binasının tikintisinin davam etdirilməsinə pul ayırdı

Prezidenti jurnalistlər üçün yaşayış binasının tikintisinin davam etdirilməsinə pul ayırdı
Siyasət 662
 

Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

BAKU.WS xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3,0 (üç) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməsini təmin etmək tapşırılır.

BAKU.WS

Oxşar xəbərlər

Prezident Şirvana pul ayırdı

Prezident Şirvana pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəml...

994 Siyasət 18:57 28 iyun 2016

Son xəbərlər