Prezident yeni qanun imzaladı
05
sen
2018
20:31
Azərbaycan prezidenti İlham Əliyev “Hesablama Palatası haqqında” 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli qanunun tətbiqi barədə fərman imzalayıb.BAKU.WS xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.Qanun Azərbaycan Respublikası Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı SƏRƏNCAM İMZALADI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, s...