Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
04
iyl
2025
13:42
Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir.
BAKU.WS xəbər verir ki, bu fikri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı bildirib: "Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk".
Oxşar xəbərlər
Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir
Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbay...