Prezident İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
22
okt
2018
19:26
Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamla İmişli şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Prezident məktəb tikintisinə bir milyon manat ayırdı
Prezident İlham Əliyev İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS x...