Prezident İlham Əliyev: ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var
Yeniliklərdən dərhal xəbərdar olun
Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü – red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.
Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: "2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim".
Oxşar xəbərlər
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar
Yasamal Rayon İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub. BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, icra başçısı Elşad Həsənov...