İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.
BAKU.WS xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, ölkələrin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb.
Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd edib.
Zukan Helez Azərbaycanın Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırıb və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib.
Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələr arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyyanamənin imzalandığını qeyd edib və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.
Görüşdə əməkdaşlığımızın pesrpektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
*** 11:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
Ceyhun Bayramov Fələstinin səfirini diplomatik fəaliyyətinin başa çatmasına görə qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib...
