Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib.
BAKU.WS xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".
Oxşar xəbərlər
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar
Yasamal Rayon İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub. BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, icra başçısı Elşad Həsənov...