Prezident Gəncə ilə bağlı SƏRƏNCAM verdi: 11 milyon manat
04
mar
2019
14:03
Prezident İlham Əliyev “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4 milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıbBAKU.WS
Oxşar xəbərlər
Sumqayıta 3 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbir...