Prezident 3 yaşa qədər uşaqlara verilən müavinətlərlə bağlı tapşırıq verdi
12
mar
2019
11:12
“Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xaqılın güzəranının yaxşılaşdırılmasına xidmət edir”.BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.O qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.BAKU.WS
Oxşar xəbərlər
Hadı Rəcəbli uşaqpulunun bərpasına ETİRAZ ETDİ
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə göndərdiyi təklifə eti...