Polkovnik Manuxin: "Ermənilər başını itiriblər, səfərbərliyin heç bir xeyiri olmayacaq"
Rusiyadan erməni mənşəli generallar da daxil olmaqla hərbçilərin, müxtəlif bölgələrdən erməni silahlılarının, eləcə də terrorçuların Ermənistana gətirilməsi, orduya qadınların cəlb edilməsi, ümumi səfərbərlik aparılmasının onlara heç bir xeyiri olmayacaq.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin bildirib.Ekspertin sözlərinə görə, ermənilər kimi yığmalarından asılı olmayaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə ona qarşı duran düşməni məhv edəcək: "Belə əlahiddə hallar isə heç bir nəticə verməyəcək. Azərbaycanda olduğu kimi, hər bir ölkənin özünün hazırlıqlı Silahlı Qüvvələri olmalıdır. Daha kənardan cəlb edilənlərin xidmətindən istifadə edilməməlidir. Bu, heç bir dövlətin hərbi problemini həll etməyəcək. Mənə belə gəlir ki, aprelin əvvəlində Azərbaycan ordusunun əks-həmləsindən sonra ermənilər, sadəcə, başlarını itiriblər. Onlar bəyan edirlər ki, buranı dağıdacağıq, elə edəcəyik, belə edəcəyik. Bu, sadəcə, boşboğazlıqdır. Mən inanmıram ki, xaricdə hansısa yüksək rütbəli, vəzifəli, maaşlı hərbçi işini-gücü buraxıb Dağlıq Qarabağa gəlib Azərbaycana qarşı döyüşsün. Artıq onların xalq qarşısında "məğlubedilməzlik" sindromu sındırılıb. Bütün bunlar isə həmin nüfuzu bərpa etmək üçün, sadəcə, bir gedişdir.
Ermənistan ordusunda kadr "aclığı" var. Azərbaycan Ordusunda zabit heyətinə, Bakıdakı Ali Hərbi Məktəbin məzunlarına baxın. Konkret göz görəsi müəyyən inkişaf var. Azərbaycanın insan potensialına baxın. Amma ermənilərdə bu yoxdur axı..."K.Manuxin Ermənistan Müdafiə Nazirliyindən 3 generalın və digər zabitlərin vəzifədən uzaqlaşdırılması səbəblərinə aydınlıq gətirib: "Düzdür, burada dəqiq fikir söyləmək çətindir. Amma böyük ehtimalla, bu generallar öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyiblər. Ermənilər Azərbaycan ordusunun aprelin əvvəlində onlara necə güclü zərbə vuracağını hesaba almamışdılar. Azərbaycan ordusu nə hücuma, nə də əks-hücuma keçməmişdi, sadəcə əkc-həmlə edib hücum edən düşmənə cavab zərbəsi endirmişdi. Hətta bu halda da erməni silahlı birləşmələri öz işinin öhdəsindən gələ bilməmişdi.
Başqa bir ehtimal da budur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi düçar olduğu bu uğursuluğa görə günahı kiminsə boynuna atıb qurban verməyə çalışırdılar. Həmin günahkar qurban da generallar oldu".
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər bu gecə cəbhədə qadağan edilmiş sursatlardan istifadə edib
Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məl...