PKK-dan Ermənistana DƏSTƏK: Qarabağa 400 terrorçu göndərildi
PKK terror təşkilatı Ermənistana 400 silahlı göndərib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, cəbhədə vəziyətin gərginləşdiyi ilk gündən bu yana terrorçular Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərilir. Həmin terrorçuların Kandil və Kamışlıdakı (Suriya) düşərgələrdən göndərildiyi bildirilir.
Məlumata görə, Dağlıq Qarabağa göndərilən ermənilər Azərbaycanın 3 rayonunda yerləşdirilib. Bunlar Şuşa, Laçın və Kəlbəcərdir. Buradan isə təmas xəttinə daha yaxın olan və döyüşlər gedən Ağdam, Cəbrayıl, Zəngilan və Füzuliyə göndəriliblər.
Onların əksəriyəri milliyyətcə ermənidir və bomba hazırlamaq sahəsində təlim görənlərdi.
BAKU.WS
Oxşar xəbərlər
Laçın dəhlizindən son görüntü - VİDEO
BBC-in Cənubi Qafqaz üzrə müxbiri Rayhan Demitri Qarabağda atəşkəs pozulandan sonra Laçında olub. AzVision.az xəbər verir ki, o, Laçın dəhlizindən videoreporta...