Peskov AZAL-ın təyyarə qəzası ilə bağlı aparılan araşdırmalardan danışıb
Rusiya tərəfi AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticəsini gözləyir.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
"Əgər Azərbaycan belə bir qərar qəbul edərsə - indiki halda bu, Azərbaycanın haqqıdır, biz bütün proseslərdən və gedən araşdırmalardan rəsmi hökm gözləyəcəyik", - deyə Peskov bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Oxşar xəbərlər
COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir
COP29 Sədrliyi Pre-COP31 görüşlərində iştirak etmək və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) üzləşdiyi iqlim dəyişikliyi reallıqlarının birbaşa şa...