Pakistanda sərnişin qatarı yandı - 65 nəfər öldü - DƏHŞƏTLİ VİDEO
31
okt
2019
10:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Rəhim Yar Xan şəhərinin Liyakatpur qəsəbəsi yaxınlığında sərnişin qatarında partlayış baş verib.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Karaçidən Ravalpindi istiqamətində hərəkətdə olan qatarda partlayışdan sonra güclü yanğın çıxıb.Hadisə nəticəsində 65 nəfər ölüb.Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artacağı istisna edilmir.İlkin məlumata görə, partlayışa sərnişinlərdən birinin yanında apardığı, çay hazırlamaq üçün istifadə etdiyi iki qaz balonu səbəb olub.Fərid ƏDALƏT
Qalereya
Oxşar xəbərlər
Türkiyədə 26 hərbçi yaralandı
Türkiyənin Van vilayətində hərbi avtomobil qəzaya uğrayıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Ərcişdən Van istiqamətində hərəkətdə olan avtomobil yol kənar...