Şimali Kiprdə silah anbarında dəhşətli partlayış - VİDEO
12
sen
2019
10:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Kipr Türk Respublikasının Girne şəhərindəki hərbi bazada partlayış baş verib.BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, hərbi bölgədəki silah anbarında qeydə alınan güclü partlayış kilometlərlə uzaqlıqdan aydın müşahidə edilir.Gecə saatlarında başlayan partlayışlar hələ də davam etməkdədir.Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib. İlkin məlumata görə, ölən yoxdur.Partlayışın şiddəti o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə evlərə də ziyan dəyib. Bu səbəbdən bir neçə nəfər yaralanıb.Hərbi bölgə yaxınlığında təhlükəsiz məntəqə yaradılıb və insanlar oraya təxliyyə edilib. Ehtiyat tədbiri olaraq elektrik verilişi dayandırılıb.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Rusiyada hərbi hissədə partlayış: 2 ölü, 15 yaralı var
Rusiyanın Arxangelsk şəhəri yaxınlığında yerləşən hərbi hissəyə məxsus poliqonda partlayış baş verib.BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yay...