Böyük Kəsik-Bakı qatarında 41 yaşlı kişi dünyasını dəyişdi

Böyük Kəsik-Bakı qatarında 41 yaşlı kişi dünyasını dəyişdi
Hadisə 509
Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiməli olub.BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova APA-ya bildirib.Onun sözlərinə görə, vaqondakı sərnişinlərdən biri - 1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyətinin pisləşməsi səbəbindən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.Buna baxmayaraq, Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir, xəstəlikdən əziyyət çəkirmiş.Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb.Hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.

Oxşar xəbərlər

Son xəbərlər