Bakı metrosunda ölüm hadisəsi baş verib

04
yan
2019
21:56
Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trendə bildirib ki, hadisə axşam saatlarında baş verib: " "Həzi Aslanov" stansiyasından hərəkətdə olan qatar "Ulduz" stansiyasına yaxınlaşarkən bir nəfər sərnişin özünü pis hiss edib. Sərnişin "Ulduz" stansiyasında düşürülüb və təcili tibbi yardım briqadası çağırılıb. Sərnişin stansiyada dünyasını dəyişib.Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımov olduğu müəyyən edilib".Meyit aidiyyəti üzrə təhvil verilib.BAKU.WS

Oxşar xəbərlər
Bakı metrosunda həyəcan – Sərnişinlər qatardan boşaldıldı - VİDEO
Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.BAKU.WS xəbər verir ki, metronun “Dərnəgül” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət...