Bakı metrosunda sıxlıq – Qatar dalanda qaldı

Bakı metrosunda sıxlıq – Qatar dalanda qaldı
Hadisə 1802

Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq yaranıb.

Bu barədə metronun mətbuat katibi Bəxtiyar Məmmədov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, sərnişin sıxlığı “Həzi Aslanov”-“Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarın gecikməsi səbəbindən baş verib.

“Bu gün səhər saat 07: 50-də 38 saylı qatarda problem yaranıb. Nasazlıq qatar "Neftçilər" stansiyasında dalandan çıxan zaman qeydə alınıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bununla da digər qatarların qrafikində də istər-istəməz gecikmələr olub”, - deyə Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, qatarların hərəkətində ümumilikdə 12 dəqiqə gecikmə qeydə alınıb.

Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda hadisə

Bakı metrosunda hadisə

Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq yaşanıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, metronun “20 yanvar” stansiyasında...

5724 Hadisə 09:52 18 oktyabr 2018

Son xəbərlər