Bakı metrosunda problem: sərnişinlər qatardan boşaldıldı
02
iyl
2018
09:31
Bu gün səhər saatlarında Bakı metrosunda sərnişin sıxlığı yaşanıb və qatarların intervalında gecikmələr müşahidə olunub.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. Məsələyə aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, səhər saat 08:30-da Dərnəgül"istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb. Buna səbəb “Dərnəgül” stansiyasında qatarların avtomatik idarəetmə sistemində nasazlıq yaranması olub. Nəticədə bir müddət qatarların intervalında gecikmələr yaranmasın deyə “Dərnəgül” stansiyası istiqamətinə gedən qatarlar əl ilə idarəetməyə keçirilib. Onun sözlərinə görə, "Azadlıq" stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur:“Yalnız "Dərnəgül" stansiyasında problem olub. Bu stansiyada dispeçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan qatarların intervalında ləngimələr olub. Problem artıq həll edilib. Hazırda qatarlar “Dərnəgül” stansiyasına avtomatik idarəetmə sistemi ilə daxil olurlar”, - deyə Bəxtiyar Məmmədov bildirib.BAKU.WS
Oxşar xəbərlər
Səhər-səhər Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmələr olub. Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, “Dərnəgül...