Metroda qatarda nasazlıq yarandı - sərnişinlər boşaldıldı

Metroda qatarda nasazlıq yarandı - sərnişinlər boşaldıldı
Hadisə 1511

 

"Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb:

"30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər "Nəsimi" stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur".

N.Paşayev bildirib ki, stansiyaya yeni qatar göndərilənə qədər intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində interval bərpa edilib.

BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda həyəcanlı anlar: qatar tuneldə qaldı, sərnişinlər düşürdüldü

Bakı metrosunda həyəcanlı anlar: qatar tuneldə qaldı, sərnişinlər düşürdüldü

Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, "Həzi Aslanov" metro stansiyasından "Dərnəgül" stansiyasına doğ...

4500 Hadisə 12:00 18 noyabr 2016

Son xəbərlər