Niderland Ukrayna "F-16"ların Rusiya üzərində istifadəsini məhdudlaşdırmır
Niderland hökuməti Ukraynaya təhvil verilmiş "F-16" təyyarələrinin Rusiya üzərində istifadəsini və uçuş məsafəsini məhdudlaşdırmır.
Bu barədə Niderland Silahlı Qüvvələrinin komandanı general Onno Eichelsheim "NOS" telekanalına bildirib.
"Əgər müharibə qanunlarına riayət edilirsə, "F-16"ların istifadəsi və uçuş məsafəsinə heç bir məhdudiyyət qoymuruq" - deyə Eichelsheim əlavə edib.
"The Times" qəzeti 1 avqust tarixində adının açıqlanmadığı bir mənbəyə istinadən xəbər verir ki, Ukrayna Niderlanddan altı ədəd "F-16" təyyarəsi alıb. Niderland tərəfinin Ukraynaya ümumilikdə 24 təyyarə verməyi və əlavə 18 təyyarəni Rumıniyadakı Avropa Təlim Mərkəzi üçün təmin etməyi planlaşdırdığı bildirilir.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya yeni silahların, o cümlədən "F-16"ların verilməsi cəbhədə vəziyyəti dəyişməyəcək, lakin münaqişənin uzanmasına səbəb olacaq.
Oxşar xəbərlər
COP29 çərçivəsində "City for People in Baku" tədbiri keçirilib
20 noyabr tarixində COP29 çərçivəsində "City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future" (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcə...