"Newsweek": Baydan ilk debatında Trampa uduzub
ABŞ prezidenti Co Bayden ilk teledebatda sələfi Donald Trampa uduzub.
Bu barədə "Newsweek" jurnalı yazıb.
Nəşr "Məğlub olmuş Bayden" başlıqlı yazı dərc edib.
Qeyd olunur ki, son rəy sorğuları Baydenin Trampla mübarizədə mövqeyini gücləndirməyə başladığını və onun debatlarda uğurla çıxış etməli olduğunu göstərib.
Bununla belə, jurnala görə, Tramp debatda rəqibindən daha yaxşı dayanıb və hətta bəzi demokratlar onun performansının daha güclü olduğunu etiraf ediblər.
ABŞ tarixində indiki və keçmiş prezident arasında ilk teledebat cümə axşamı Corciya ştatının Atlanta şəhərində baş tutub. Bundan əlavə, noyabrda keçiriləcək prezident seçkilərinə 4 ay qalmış iyun ayında ilk dəfə teledebatlar keçirilib. Bayden və Trampdan tezisləri özü ilə debata gətirmək qadağan edilmişdi. Siyasətçilər həmçinin yalnız onlara müraciət edildikdə danışa biliblər.
CNN artıq bəyan edib ki, Baydenin debatdakı çıxışı Demokratlar Partiyası sıralarında çaxnaşma yaradıb. NBC isə Demokratların “kollektiv intiharı” başlıqlı xəbər verib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
Oxşar xəbərlər
Ərdoğan, Kılıçdaroğlu və digər namizədlər səs veriblər - YENİLƏNİB - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib. BAKU.WS xəbər verir ki, bu barədə “Anadolu” m...