Bayden impiçment təhlükəsi ilə üzləşə bilər

Bayden impiçment təhlükəsi ilə üzləşə bilər
Siyasət 194

ABŞ Prezidenti Co Bayden impiçment ola bilər.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalı yazıb.

Məlumata görə, Demokratlar Partiyası noyabrda keçiriləcək aralıq seçkilərdə məğlub olarsa və Konqresin hər iki palatasına nəzarəti itirərsə, ABŞ Prezidenti Co Bayden impiçment ola bilər.

Bəzi respublikaçı partiya üzvləri bu istiqamətdə hərəkət edəcəyini açıq şəkildə bəyan edib.

İmpiçment proseduruna başlamaq üçün Nümayəndələr Palatasının üzvlərinin yarıdan çoxunun (sadə səs çoxluğu) və senatorların üçdə ikisinin lehinə səs verməsi lazımdır.

Xatırladaq ki, Baydenin sələfi Donald Trampa qarşı iki dəfə impiçment elan edilib. Lakin hər ikisində də Senat ona bəraət qazandırıb.

Son xəbərlər