NATO Şurasının fövqəladə iclası çağırılıb
05
yan
2020
21:14
NATO-nun baş katibi Yens Stoltenberq İran generalı Qasım Süleymaninin İraqda həlak olmasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili surətdə Şimali Atlantika Şurasının iclasını keçirmək barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə alyansın nümayəndəsinə istinadən DPA agentliyi bildirib. İclas sabah yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) nəzərdə tutulub.
NATO-dan agentliyə bildirilib ki, toplantıda İran generalı Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində həlak olmasından sonra İraqda yaranmış vəziyyət müzakirə ediləcək.
Oxşar xəbərlər
Qasım Süleymaninin qızından İran prezidentinə gözlənilməz sual - VİDEO
İran İslam Respublikasının prezidenti Həsən Ruhani İraqda öldürülən general Qasım Süleymaninin ailəsini ziyarət edib. BAKU.WS xəbər verir ki, İran televiziyalar...