NATO İraqda apardığı təlimləri dayandırdı

NATO İraqda apardığı təlimləri dayandırdı
Siyasət 350

NATO İraqda kadr hazırlığı üzrə apardığı təlim missiyasını dayandırıb.

BAKU.WS azərtac-a istinadla xəbər verir ki, NATO rəsmiləri bu addımı ABŞ-ın hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.

Oxşar xəbərlər

Son xəbərlər