Bakıda NATO-nun təlim kursu keçirilir
12
fev
2018
19:48
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Şimali Atlantika Alyansının Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edilən tədbirdə iştirakçılara NATO-nun komanda və qüvvə strukturu, təlimlərin konsepsiyası, planlaşdırılması, idarə edilməsi və keçirilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim ediləcək.Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.BAKU.WS
Oxşar xəbərlər
Nəcməddin Sadıkov NATO-nun iclasında – FOTO
Yanvarın 16-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərin...