Dənizdə qadağa əməliyyatları - FOTO
28
okt
2017
16:55
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndə heyətinin müşahidəçi qismində iştirak etdiyi SEL-1-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarət olub.Qeyd edək ki, ilk dəfə keçirilən bu qiymətləndirmə Silahlı Qüvvələrimizin nümayəndələri tərəfindən həyata keçirilib və bu Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun silsilə qiymətləndirmələrinin başlanğıcıdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - FOTO
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələr...