ABŞ hərbi bazasına raket zərbəsi endirildi - VİDEO
İran generalı Qasım Süleymaninin Bağddada sui-qəsd nəticəsində öldürülməsindən sonra İran və ABŞ arasında gərginlik pik həddə çatıb.
BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, İran rəsmilərinin intiqam alınacağını bildirməsindən sonra Cəmkəran məscidinin qübbəsinə İNTİQAM və DÖYÜŞ mənasını verən qırmızı bayraq çəkilib.
Ardınca isə Bağdaddan yeni xəbərlər yayılmağa başlayıb. Belə ki, axşam saatlarında ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlarına və Səlahəddin vilayətindəki Bələd hərbi bazasına raket zərbələri endirilib.
***
"Report"un məlumatına görə, Bağdadın diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl zona”sının minaatanlardan atəşə tutulması nəticəsində 5 nəfər xəsarət alıb.
Partlayışla əlaqədar ABŞ səfirliyinin binasına aparan yol bağlanıb.
Oxşar xəbərlər
“35 hədəf əlimizin altındadır” - ABŞ-a daha bir təhdid
İran SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə görə amerikalıları cəzalandıracaq. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu “Tasnim” agentliyinə SEP...