NASA ilk dəfə UFO-ların varlığını qəbul edib görüntülərini yaydı - VİDEO
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) UNO-ların mövcudluğu ilə bağlı ictimai toplantı keçirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, CNN İnternational tərəfindən, “NASA bu gün UNO-lar haqqında tarixi açıqlama verəcək”, - sözləri ilə açıqlanan toplantıda uçan naməlum obyektlər (UNO) ilə bağlı məlumatlar izləyicilərlə paylaşılıb.
Məlumata görə, NASA-nın internet saytında canlı yayımlanan toplantıda UFO-ların (UAP) varlığı etiraf edilib.
Panelə sədrlik edən David Spergel açıqlamasında bu sözləri deyib:
"Öyrəndiyimizi hiss etdiyim şeyi bir sətirdə ümumiləşdirməli olsam, yüksək keyfiyyətli məlumatlara ehtiyacımız var. Biz indi bilirik ki, orada çoxlu planetlər var, buna görə də həyat üçün çoxlu potensial mühit var. Biz hələ Yerdən kənarda həyat tapmamışıq, amma axtarırıq”.
Beləliklə yayımlanan görüntülərdəki, 1-4 metr ölçüdəki naməlum metal kürənin də yadplanetlilərə aid olduğu etiraf edilib.
Xatırladaq ki, daha əvvəl “Naməlum Uçan Obyekt" (UFO) kimi təsvir edilən termin Amerika hökuməti tərəfindən "UAP" (Naməlum Anormal Fenomen) olaraq dəyişdirilmişdi. Bundan əlavə, NASA keçən iyun ayında "UAP-lərin yer mənşəli olduğuna dair heç bir sübut olmadığını" bildirmişdi.
Oxşar xəbərlər
NASA ilk dəfə Aya qadın və qaradərili astronavt göndərəcək
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bazar ertəsi günü, 50 ildən çox müddətdən sonra Aya göndəriləcək ilk insan qrupuna təyin olunmuş ekip...