NASA ilk dəfə Aya qadın və qaradərili astronavt göndərəcək
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bazar ertəsi günü, 50 ildən çox müddətdən sonra Aya göndəriləcək ilk insan qrupuna təyin olunmuş ekipajı açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, NASA "Artemis 2" adlanan uçuşla həm də ilk dəfə Aya bir qadın və qaradərili astronavt göndərəcək.
Üç ABŞ-li və bir kanadalı astronavt gələn il Ayın orbitində yola düşəcək və tarixi Apollon missiyaları 1972-ci ildə başa çatdıqdan sonra kosmosun dərinliklərinə çıxan ilk astronavtlar olacaqlar.
Uçuşun 2024-cü ilin noyabrında baş tutması planlaşdırılır. Kosmik gəmi Ayı dövrə vuracaq, lakin onun səthində enməyəcək. 10 gün davam edəcək "Artemis 2" missiyası NASA-nın güclü “Space Launch System” raketi ilə bərabər, Orion kosmik gəmisinin göyərtəsində həyatı təmin edən sistemləri də sınaqdan keçirəcək.
NASA-nın üç astronavtı - Reid Uiseman, Viktor Qlover və Kristina Koch əvvəllər Beynəlxalq Kosmik Stansiyada (BKS) birgə təmsil olunublar. Kanada Kosmik Agentliyindən Keremi Hansen isə ilk kosmik uçuşunu həyata keçirəcək.
Kosmosda 11 ay keçirmiş 44 yaşlı Koch bir qadının kosmosda ardıcıl olaraq ən uzun müddət qalmaq rekorduna sahibdir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcı pilotu, əvvəllər NASA-nın baş astronavtı olan 47 yaşlı Uiseman missiyanın komandiri təyin edilib.
Dəniz qüvvələri pilotu olan 46 yaşlı Qlover isə ilk qaradərili komandir kimi kosmik uçuş həyata keçirəcək.
Oxşar xəbərlər
NASA-dan dünyaya xəbərdarlıq! - Sabah Yerə çatacaq - FOTO
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bir həftə ərzində Günəşin səthində ikinci qara ləkə aşkar edib. BAKU.WS xarici mətbuata istinadən xəb...