Pentaqon UNO-ların görüntüsünü yaydı - VİDEO

Pentaqon UNO-ların görüntüsünü yaydı - VİDEO
Video
Siyasət 508

ABŞ-ın Müdafiə Nazirliyi Uçan Naməlum Obyektlərlə (UNO) bağlı üç qısa video yayımlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

UNO təyyarənin göyərtəsində infraqırmızı kameradan istifadə zamanı lentə alınıb. Görüntülərin biri 2004-cü il, digər ikisi isə 2015-ci il aiddir.

Naməlum obyektlərlə bağlı video çarxlarda ABŞ hərbçilərinin səsləri eşidilir. Onlar uçan naməlum obyektin sürətini şərh edirlər. Bir hərbçi bunun pilotsuz təyyarə ola biləcəyinə ehtimal verir.

ABŞ Hərbi Dəniz Qüvvələri yayımlanan videoların həqiqiliyini təsdiqləyib. Videoların gizlədilməsi naməlum uçan obyektlərin olması barədə mifləri dağıtmaq istəyi ilə izah edilib.

Son xəbərlər