Nalbandyan prezidentlərin yeni görüşündən danışıb
"İyunun əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulub. Onlar nazirlərlə ayrı-ayrılıqda görüş keçirə bilərlər”.
BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Onun sözlərinə görə, görüşlərdə Vyanada nail olunmuş razılıqların həyata keçməsi ilə bağlı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Erməni nazir deyib ki, İ.Əliyev və Serj Sarkisyanın görüşü zamanı sənədlər imzalanmayacaq. "Bu görüş danışıqların sonrakı mərhələsinə imkan verəcək. Daha yüksək səviyyəli görüşlər ola bilər. Vyana razılaşmasında yüksək səviyyəli görüşlərə məhdudiyyət qoyulmayıb. Amma biz müzakirələrin bərpa olunması haqqında danışarkən hər hansı bir razılaşmanın imzalanması haqqında danışmaq nəinki tezdir, hətta imzalanmalı olan hər hansı bir sənəd belə yoxdur. Danışıqların məqsədi də məhz münaqişənin yeni həll yollarının hazırlanmasıdır".
Nalbandyan deyib ki, Azərbaycan və Ermənistan arasında danışıqların yeni mərhələsi barədə razılıqlar iyun ayında əldə olunacaq. "Hələ ki, görüşlərin keçirilmə yeri təyin edilməyib. Ümumilikdə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların bərpası üçün şərtləri açıqlayıb. Monitorinqin imkanlarının yaradılması və ATƏT-in şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi baş verəcəksə, o zaman danışıqlara başlamaq mümkün olacaq. İndi bütün səylər məhz bu istiqamətdə aparılır".
BAKU.WS
Oxşar xəbərlər
Medvedev: "Rusiya Qarabağ münaqişəsinin həllində kömək etməyə hazırdır"
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə həmişə hazırdır. Ona görə də sizin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzü alqışlayırıq”. A...